Modern.az

İsa Qəmbər başqan kimi sonuncu mətbuat konransını keçirdi

İsa Qəmbər başqan kimi sonuncu mətbuat konransını keçirdi

Təhsil

26 Sentyabr 2014, 13:01


Müsavat Partiyasının sədri İsa Qəmbər sentyabrın 26-da başqan kimi sonuncu mətbuat konfransını keçirib. Modern.az saytı  musavat.com-a istinadən xəbər verir ki, İsa Qəmbər mətbuat konfransını cəmiyyətdə partiyanın sentyabrın 27-də keçiriləcək qurultayı və başqanlıq seçkisi ilə bağlı yaranmış çoxsaylı suallar səbəbindən keçirdiyini bildirib. 

“Bu qurultay Müsavat üçün çox önəmli bir hadisədir. 8-ci qurultayda partiyanın ötən qurultaydan bu günə qədər tarixi fəaliyyəti müzakirə edilib qiymətləndiriləcək. Nizamnamə və proqramda müəyyən dəqiqləşdirmələr, dəyişikliklər nəzərdə tutulub, partiyanın yaxın dövr üçün fəaliyyət istiqamətlərinə bir daha baxılacaq və qərar veriləcək,- deyə başqan qeyd edib.

İ.Qəmbərin sözlərinə görə, açıq-aydın görünür ki, qurultayı cəmiyyətin maraq dairəsinə gətirən orada keçiriləcək başqan seçkilərdir: “Müsavatda hər zaman azad və ədalətli seçkilər keçirilib. Bəlkə də Müsavat Azərbaycanda nadir partiyalardandır ki, seçkilər gizli şəkildə keçirilir, təyinat olmur. Namizədlərin irəli sürülməsi bir hadisədir. Bunun üçün öncədən zaman müəyyənləşdirilir. Onların platformalarını şərh etməsi üçün zaman tanınır və həqiqi bir seçki mühiti tanınır. Bu, Müsavatın ənənəsidir. Amma sabah başlanacaq qurultayda daha önəmli bir addım atılacaq. Bu başqanın dəyişməsi ilə bağlı seçkilərdir”.

İ.Qəmbər qeyd edib ki, Müsavatın keçirəcəyi başqanlıq seçkisi növbəti bir demokratiya nümunəsidir. Onun sözlərinə görə, hakimiyyətdən fərqli olaraq Müsavat seçkini azad və ədalətli keçirəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı