Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan Xəzər regionuna başqa dövlətlərin silahlı qüvvələrinin buraxılmaması haqqında razılığa gəliblər. Modern.az saytı rus KİV-nə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, sentyabrın 29-da Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının IV sammitində bununla bağlı siyasi bəyanat olacaq.
“Siyasi bəyanatda qeyri-region dövlətlərinin silahlı qüvvələrinin Xəzərə buraxılmaması haqqında vəziyyət qeyd edilib. Bununla bağlı ağır konsultasiyalar gedirdi, amma tərəflər bu prinsip haqqında razılığa gəldilər”,-deyə Y. Uşakov qeyd edib.
Aqşin Kərimov