Modern.az

“Bakıelektrikşəbəkə”: "O şikayət məktubu saxtadır”

“Bakıelektrikşəbəkə”: "O şikayət məktubu saxtadır”

Təhsil

26 Sentyabr 2014, 16:03



“Şikayət məktubunun altında adları yazılan “Karvansaray” Məhdud Məsuliyyətli Cəmiyyətindən sahibkar İlqar Quliyev, “Minkənd” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şirvan Qazakov əlaqə saxlayaraq belə bir məktubu imzalamadıqlarını söyləyiblər”.
Bu məlumatı Modern.az-a “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

“Həqiqətən də “Minkənd MMC”-nin elektrik enerjisi ilə təchizatı dayandırıb. Buna səbəb onların borclu olmasıdır. Bununla belə adı çəkilən hər iki sahibkar ümumiyyətlə belə bir müraciətin yazılmasından xəbərsiz olduqlarını söylədilər”.

Qeyd edək ki, Qaradağ rayonu ərazisində mişar daşının istehsalı ilə məşğul olan daş karxanalarının bir qrup sahibkarı “Bakıelektrikşəbəkə” əməkdaşlarının qanunsuz əməllərindən Prezident İlham Əliyevə, eləcə də “Bakıelektrikşəbəkə” ASC-nin sədri Baba Rzayevə, həmçinin Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, sənaye və energetika naziri Natiq Əliyevə şikayət məktubu ünvanlayıb.

Məktubda “Bakıelektikşəbəkə”nin Ruslan və Canəhməd adlı işçilərinin qanunsuz əməllər törətdiyi iddia edilib.

Məktubun altında isə 4 nəfər şəxsin adı qey olunub. 
“ENSO” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, 
“NFT” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Abbasov Kamal Babalı oğlu, “Karvansaray” Məhdud Məsuliyyətli Cəmiyyəti, Sahibkar Quliyev İlqar Nadir oğlu, 
“Minkənd” MMC-nin rəhbəri Qazakov Şirvan İsmayıl oğlu.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı