Modern.az

Almaniyada özünü yandıran azərbaycanlı gənc əməliyyat olunacaq - FOTOLAR

Almaniyada özünü yandıran azərbaycanlı gənc əməliyyat olunacaq - FOTOLAR

Təhsil

26 Sentyabr 2014, 16:21

“Almaniyada özünü yandıran azərbaycanlı gənc Zaur Məmmədli əməliyyat olunacaq”. Bunu Modern.az-a hazırda Duysburq xəstəxanasında gəncin yanında olan Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyev deyib. Onun sözlərinə görə, Z. Məmmədlinin özünü yandırmasına səbəb Almaniyada hüquqlarının pozulması olub:

“Zaurun 26 yaşı var. Sumqayıtda yaşayıb. Sol tərəfində bir çox hissələr yanıb. Həkimləri ilə danışdıq. Şükürlər olsun ki yaxınlarda əməliyyatdan sonra durumu düzələcək. Biz bu məsələni bu cür qoymayacağıq. Hazırda Alman-Azərbaycan Mədəniyyət Evi rəhbərliyi olaraq Zaur qardaşımızın yanına Duysburq xəstəxanasına vəkillə birlikdə gəlmişik. Bu məsələdə Zaurun hüququnu tapdalayan məmurlar cəzasını tapmayana qədər əlimizi bu işdən çəkməyəcəyik. Sosial təşkilatlarda, xaricilər idarəsində gəncin hüquqları pozulub. Bu da onun sinir sisteminə mənfi təsir edib. Artıq Almaniyanın bir neçə dövlət qurumlarına müraciət olunub”.

Qeyd edək ki, bir neçə gün əvvəl Almaniyada mühacir həyatı yaşayan Zaur Məmmədli Zonsberq şəhərindəki Sosial İdarə binasının içərisində özünü yandırıb. Daha sonra o, xəstəxanaya aparılıb.  



Rüfanə GÜNƏŞ
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı