Modern.az

Hadi Rəcəbli: ”Ölkəmizdəki dini tolerantlıq bir çox ölkələrə nümunədir”

Hadi Rəcəbli: ”Ölkəmizdəki dini tolerantlıq bir çox ölkələrə nümunədir”

Təhsil

26 Sentyabr 2014, 16:46

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini Vyaçeslav Fetisov ilə görüşüb. Modern.az xəbər verir ki, komitə sədri ona Azərbaycanda sosial sahədə qəbul olunmuş qanunlar, gənc ailələr üçün nəzərdə tutulmuş güzəştlər, ölkəmizin səhiyyə və təhsil sitemində həyata keçirilən islahatlar, idmanın inkişafı, icbari tibbi sığorta sisteminə keçid, ASAN xidmət mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. H.Rəcəblinin sözlərinə görə, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı və Slavyan Universiteti fəaliyyət göstərir.

“Ölkəmizdəki dini tolerantlıq bir çox ölkələrə nümunə ola bilər. İqtisadi inkişafa gəldikdə isə, bir çox ölkələrin iqtisadiyyatına ciddi təhlükə yaratmış dünya iqtisadi böhranı demək olar ki, Azərbaycanda hiss olunmadı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi idi”.

Azərbaycanda idmanın bir sıra sahələrinin sürətlə inkişaf etdiyini vurğulayan millət vəkili, qonağa  regionlarda fəaliyyət göstərən 40 müasir Olimpiya Mərkəzindən, yeni Gimnastika Mərkəzinin tikilib istifadəyə verilməsindən, eyni zamanda ölkəmizin 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsi ilə bağlı ətraflı məlumatlar verib.

Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini, məşhur hokkey ustası Vyaçeslav Fetisov ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə edib. Rusiyada sosial sahənin inkişafı üçün görülən işlərdən danışan qonaq bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. “Azərbaycanın 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirirəm. Yalnız güclü dövlət belə bir tədbiri öz ölkəsində keçirə bilər”.

Qonaq ölkəmizdə hokkey idman növünün inkişafı üçün əlindən gələn köməyi etməyə həmişə hazır olduğunu bildirib.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb
Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və komitənin üzvü Rauf Əliyev iştirak ediblər. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı