Modern.az

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir

Eğitim

26 Sentyabr 2014, 20:40

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı təyyarəçilər döyüş uçuşları icra edərək şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlər yerinə yetiriblər. .

Qeyd edək ki, ümumilikdə təlimlərdə iki ölkənin HHQ-lərinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilir.

Təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edir.

Aviasiya vasitələrinin iştirakı ilə keçirilən birgə təlimlər oktyabrın 3-dək davam edəcək.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı