Modern.az

Ermənistan qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Ermənistan qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsini qəbul etməyib

Təhsil

26 Sentyabr 2014, 20:53

Ermənistan Milli Yığıncağının (parlament) Xarici əlaqələr üzrə daimi komissiyası qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsinin gündəliyə daxil edilməsini məqsədəuyğun hesab etməyib.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, qanun layihəsi müxalif "İrs" fraksiyası tərəfindən təklif olunub.

Fraksiyanın rəhbəri Zarui Postancyan deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkənin Gömrük İttifaqına üzv olması baxımından aktualdır.

Səsvermə zamanı komissiya üzvlərinin əksəriyyəti qanun layihəsini bəyənməyib.(Trend)

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı