Modern.az

Qızıl Xaç Komitəsi: “Azərbaycanlı girovun meyitinin qaytarılmasına çalışırıq”

Qızıl Xaç Komitəsi: “Azərbaycanlı girovun meyitinin qaytarılmasına çalışırıq”

Təhsil

27 Sentyabr 2014, 12:07


“Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyi erməni tərəfinin yaydığı bəyanatı qeydə alıb. Bu barədə məlumatlıyıq”.
Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

“Tərəflər bütün xırdalıqlar barədə razılaşdığı anda Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi olaraq meyitin qaytarılmasında iştirak etməyə hazırdır. Tez bir zamanda meyitin ailəsinə qaytarılması üçün əlimizdən gələni edirik”.

Meyitin qaytarılması  zamanı ekspertiza məsələsinə aydınlıq gətirərn İ.Hüseynova bildirdib ki, komitənin mandatında yalnız meyitin qaytarılması var. “Biz sadəcə meyiti bir tərəfdən alıb digər tərəfə təqdim edəcəyik. Ekspertiza işi və digər xırdalıqlar bizim səlahiyyətimizə daxil deyil”.

Qeyd edək ki, Həsən Həsənov işğal altında olan Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülərək öldürülüb. Ermənilər meyiti qaytarmaqdan imtina edib və onu Dağlıq Qarabağda dəfn edib. Bəhanə olaraq meyitin saxlanması üçün şəraitlərinin olmamasını göstəriblər.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı