Modern.az

Ukraynada parlament seçkilərində 29 partiya iştirak edəcək

Ukraynada parlament seçkilərində 29 partiya iştirak edəcək

Təhsil

27 Sentyabr 2014, 12:20



Ukrayna Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların qeydiyyatını başa çatdırıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qeydiyyatdan 29 partiya keçib. MSK təkcə dünənki iclasında 16 partiyanı qeydiyyata alıb. Onların arasında “Müxalifət bloku”, “Sağ sektor”, Oleq Lyaşkonun Radikal Partiyası, “Azadlıq”, Ukrayna Liberal Partiyası, “Ukrayna-vahid dövlət” ÜmumUkrayna siyasi partiyalar birliyi, Ukrayna Millətçilərinin Konqresi, “Sol Qüvvələr Bloku”, Ukrayna Milli Demokrat Partiyası, “İnsanların gücü”, “Güc və şərəf”, “Yeni siyasət”, “Zastup” (“Bel”) ÜmumUkrayna aqrar birliyi, “Vahid ölkə”, Ukrayna Yaşıllar Partiyası və Ukrayna Kommunist Partiyası da var.

Ukrayna Vətənpərvərlik Partiyasının və Pensiyaçılar Partiyasının qeydiyyatından isə imtina olunub.

Buna qədər MSK “Pyotr Poroşenkonun Bloku”nu, “Vətəndaş mövqeyi”, “Batkivşina”, Xalq Cəbhəsi, Güclü Ukrayna, “Özünəyardım”, “İnternet-partiya”, “Vətəndaş hərəkatı”, “5.10”, “Dirçəliş”, “Gələcək Ukrayna”, “Ukrayna qadınlarının hərməyliyi” və Millətçi Demokrat Partiyasını qeydiyyata alıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı