Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, gecə saatlarında Abşeron yarımadasının bəzi ərazilərində intensivləşəcəyi ehtimal olunur. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-19, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa düşəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 28-də gecə və axşam saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Modern.az