
Bu gün Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində Müsavat Partiyasının 8-ci qurultayı keçirilir. Modern.az-ın məlumatına görə, qurultayda partiyanın yeni başqanı seçiləcək.
Başqanlığa isə dörd namizəd var: Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy.
Qurultayda Müsavat Məclisinin sədri Arzu Səmədbəyli təklif edib ki, İsa Qəmbər 2018-ci il prezident seçkilərinə Müsavat Partiyasının prezidentliyə namizədi olsun. Bu təklif qurultay iştirakçıları tərəfindən qəbul edilib.
Aqşin Kərimov