Modern.az

İsmayıllıda ər arvadını bir yumruqla öldürüb

İsmayıllıda ər arvadını bir yumruqla öldürüb

Təhsil

27 Sentyabr 2014, 14:39


İsmayıllı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Girk kənd sakini, 1976-cı il təvəllüdlü Qarayev Şöhrət Qara oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qarayeva Hilaləxan Ərkinbəy qızının başına yumruqla vuraraq onun ölümünə səbəb olub. 

İlkin məlumata görə, hadisə zamanı Ş. Qarayev sərxoş imiş. Onların birgə nikahdan 5 övladlarının olduğu, sonuncu övladlarının 1 ay bundan əvvəl dünyaya gəldiyi bildirilir. 

Ş. Qarayev tutularaq istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı