Modern.az

QAT üzvləri Müdafiə Nazirliyinə müraciət etdi: “Bizi hərbi təlimlərə cəlb edin”

QAT üzvləri Müdafiə Nazirliyinə müraciət etdi: “Bizi hərbi təlimlərə cəlb edin”

Təhsil

27 Sentyabr 2014, 15:12

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasa QAT sədrinin müavini İlqar Əli sədrlik edib. İclas dövlət himninin oxunması və şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. İlk olaraq təşkilati məsələlərə baxılıb, Vaqif Əlisoy, Paşa Dadaşov, Mahirə Muradova QAT İdarə heyətinə,  Növrəstə İbrahimova, Nəcibə Qasımova, Tahir Bayramov, Rəhman Cəfərov, Talıb Hüseynov, Elşən Əliyev QAT Ali Məclisinə seçiliblər.

 QAT sədri Akif Nağı hazırki vəziyyət və vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Məruzə ətrafında Fəridə Əsgərova, Vaqif Əlisoy, Elşən Məmmədov, Nəsib Cəfərov, Elşən Məmmədov, Mustafa Orucov, Elxan Rəhimov, Gültəkin Quliyeva, Kəmaləddin Rəhimov, Polad Soltanov və digərləri çıxış edib.

İclasda bir sıra qərarlar qəbul olunub:

QAT Ağsaqqallar Şurasının üzvü Nadir Ağayevə qarşı hücum pislənilib, cinayətkarların dərhal tapılaraq cəzalandırılması tələb edilib.

QAT üzvləri Müdafiə Nazirliyinə müraciət ediblər ki, onları ehtiyatda olan əsgər və zabit kimi hərbi təlimlərə cəlb etsinlər.

Azərbaycan hakimiyyəti hərbi quruculuq sahəsindəki tədbirlərini davam etdirməli, lakin bunlar yalnız hazırlıq olaraq qalmamalı, hərbi əməliyyatlar başlanmalıdır.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı