
“Zəlzələdən sonra əhalidə təlaş yaranıb”. Bunu Modern.az-a açıqlamasında Qəbələ Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubov deyib. Onun sözlərinə görə, hələ ki dağıntı barədə heç məlumat yoxdur.
Qeyd edək ki, sentyabrın 29-da Qəbələ rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 5,4 bal, dərinliyi 10 km olub.
Rüfanə GÜNƏŞ