Modern.az

Səxavət Əlisoy Müsavatdan gedəcəyi ANONSUNU verdi: "Birgə fəaliyyət mümkün deyil"

Səxavət Əlisoy Müsavatdan gedəcəyi ANONSUNU verdi: "Birgə fəaliyyət mümkün deyil"

Təhsil

29 Sentyabr 2014, 10:31


“Udan populistlər və şüarçılar, uduzan islahat tərəfdarları oldu”. Modern.az saytı xəbər verir ki, bu sözləri Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə Müsavat Partiyasının dəyişməsinə 4 səs imkan vermədi. O, Arif Hacılın Müsavat başqanı seçilməsini tənqid edib.

“Bir çıxışında az qala 50 dəfə "mən" deyən, bir 50 dəfə də İsa Qəmbərə istinad edən biri təlimatlandırılmış tərəfdarlarının gurultulu və sürəkli alqışları altında, partiyanın icra aparatındakı çetesinin hər türlü oyunbazlıqları sayəsində sədr seçildi.

Son 20 ildəki seçki məğlubiyyətləri bir daha zəfər kimi qiymətləndirildi.

Kəsəsi, partiya ötən əsrin 70-ci illərindəki durğunluq dövrünə oxşar bir mərhələyə qədəm qoydu. Dəyişiklik tərəfdarı olanlar indi necə hərəkət etməlidir? İslahat tərəfdarlarının şüarçılar, populistlər hayküyçülər ilə birgə fəaliyyəti mümkünmü? İndi çoxları bu məsələ barədə fikirləşir. Yaxın günlərdə mən də öz qərarımı açıqlayacam”,-deyə S. Əlisoy bildirib.                 

Qeyd edək ki, Müsavat Partiyası sentyabr ayının 27-də qurultayını  keçirdi. Qurultayda başqanlığa iddialı Səxavət Əlisoy Qubad İbadoğlunun xeyrinə namizədliyini geri götürdü. Tural Abbaslı, Arif Hacılı, Qubad İbadoğlu arasında gedən mübarizədə Arif Hacılı qalib gəldi. O, 228 səs yığıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı