Modern.az

“Qəbələ zəlzələsinin ardından çox sayda avtoşok olub və bu, davam edir” - Seysmoloji Xidmət Mərkəzi

“Qəbələ zəlzələsinin ardından çox sayda avtoşok olub və bu, davam edir” - Seysmoloji Xidmət Mərkəzi

Təhsil

29 Sentyabr 2014, 11:13



“Qəbələdə baş verən güclü zəlzələnin ardından çox sayda avtoşok olub. Hazırda da avtoşoklar davam edir. Bundan sonra güclü zəlzələ olmayacağını deyə bilmərik, çünki, heç seysmologiya elmi də açıqlaya bilmir. Zəlzəlinin dərinliyi çox olduğundan nəinki Qəbələ, ətraf rayonlar, həmçinin Xınalıqda da hiss olunub.

Belə ki, episentrdə 6 bal, Qəbələdə 5 bal və Respublikanın əksər rayonlarında 4 - 3 bal gücündə hiss olunub”.

Bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı məlumat verdi.   Qeyd edək ki, sentyabrın 29-da Qəbələ rayonunda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 5,4 bal, dərinliyi 10 km olub.       

Gülşən RAUFQIZI
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı