
Milli Şuranın fəxri sədri, kinorejissor Rüstəm İbrahimbəyov Müsavat Partiyasının qurultayındakı başqanlıq seçkiləri ilə bağlı fikirlərini bildirib. Rüstəm İbrahimbəyov Modern.az saytına açıqlamasında bildirib ki, Müsavat Partiyasındakı başqanlıq seçkiləri təqdirəlayiqdir.
“Mən əlavə olaraq Müsavat Partiyasının daxilində baş verənləri dəyərləndirmək istəməzdim. Amma seçkilər olubsa, bu təqdirəlayiqdir”.
Rüstəm İbrahimbəyov Müsavatın yeni seçilən başqanı Arif Hacılını da təbrik edib. “Mən onu Müsavata sədr seçilməyi münasibəti ilə onu ürəkdən təbrik edirəm, uğurlar arzulayıram”,-deyə Milli Şuranın fəxri sədri söyləyib.
Rüstəm İbrahimbəyov Azərbaycana nə vaxt gələcəyi barədə suala isə belə cavab verib: “Bu barədə hələlik bir açıqlama vermək istəmirəm. İşlərə baxaq görək necə olur”
Bildirək ki, Müsavat Partiyasının sentyabr ayının 27-də keçirilən qurultayında Arif Hacılı alternativi Qubad İbadoğluna qalib gələrək başqan seçilib.
Aqşin Kərimov