Modern.az

Somaya yardım edənlər mükafatlandırıldı - FOTOLAR

Somaya yardım edənlər mükafatlandırıldı - FOTOLAR

Təhsil

29 Sentyabr 2014, 15:10

Bu gün Türkiyənini ölkəmizdə olan səfəirliyinin binasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbüsü ilə Soma faciəsi zamanı AzQAC tərəfindən həyata keçirilən yardım kompaniyasında fəal iştirak edən şəxslər mükafatlandırılıb.  Modern.az xəbər verir ki, millət vəkilləri, media nümayəndələri, QHT rəhbərlərinin və mədəniyyət xadimlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisinin deputatı Novruz Aslanov yaxın tarixin böyük faicəsi olan Soma fəlakətinin bütün türk dünyasının facisə olduğunun vurğulayıb. Azərbaycanın Somaya ilk yardım göndərən ölkələrdən olduğunu qeyd edən Novruz Aslanov AzQAC olaraq Somaya yardım kompaniyasını həyata keçirən zaman ona dəstək olan millət vəkillərinə, ictimai xadimlərə mədəniyyət nümyayənlərinə öz minətdarlığını bildirdi. Deputat kompaniyanı geniş işıqlandıran media qrumlarına da minətdarlıq edib. AzQAC- sədri bu gün Azərbaycanın donor ölkəyə çevrildyini bildirib. Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Alper Çoşqun Soma fəlakətinin təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün faciə olduğunu bildirib.

Səfir Azərbaycan və Türkiyənin hər zaman biri-birininin yanında olduğunu qeyd edərək, bundan sonrada bu tarixi ənənini davam edirlicəyinə tədbir iştirakçılarını əmin edib: “Əmin ola bilərsiniz ki, Türkiyə-Azərbaycan hər zaman biri-birinin yanında olacaq. Bu dərin hörmətinizə görə azərbaycanlı qardaşlarıma, AzQAC-ın rəhbəri Novruz Aslanova və digər şəxlərə öz minətdalığımı bildirirəm”. Mükafatlanalar arasında Millət vəkiləri Əhliman Əmiraslanov, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Gövhər Baxşıəliyeva, Elmira Axundova, Eldar Quliyev,Ayaz Orucov, Qənirə Paşayeva, Əli Məsimli, Aqiyə Naxçıvanlı, Fəttah Heydərov, Əliağa Hüseynov, Ərəstun Cavadov, Sədaqət Vəliyeva, Sevinc Huseynova, Məlahət İbrahimqızı, Rüfət Quliyev, Malik Həsənov, Madər Musayev, Əsabil Qasımov, Kamilə Əliyeva, Dünyamin Xəlilov, Cavanşir Fərziyev, Nəriman Əliyev, Ağacan Əliyev, Elton Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Abel Məhərrəmov, Tahir Süleymanov, Arif Əşrəfov, Nazim Fərəcov Adil Əliyev, mədəniyyət xadimləri Xalq artisti Nisə Qasımova, Əməkdar artist Mətanət İsgəndərli və gənc müğənni Orxan Babəzadə, Modern.az, APA İnformasiya agentliyi və Azərpoçt MMC olub.

 


 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı