“Bakı Metropoliteninin köhnə loqosu da “M” hərfindən ibarət idi. Bir çox metropolitenlər də “M” hərfindən istifadə edir. Bizim yeni loqoda da “M hərfi” var, altında da metro sözü yazılıb”. Bunu Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün təqdim olunan yeni loqonun plagiat olduğunu idda edənlərə cavab olaraq bildirib.
Onun sözlərinə görə, oradakı rənglər də Bakı Metropoliteninin xətlərini təmsil edir. “Yəni, yaşıl və qırmızı xətlərimiz var, bənövşəyi xəttimiz tikilir. Sarı və mavi xətlərimiz də olacaq. Hesab edirəm ki, bunun üçün plagiatlığa ehtiyac yoxdur. ideya da özümüzündü, müəllif də özmüzük”.
Qeyd edək ki, bu gün Metropolitenin yeni loqosu təqdim olunub. Sosial şəbəkələrdəki müzakirələrdə Bakı Metropoliteninin yeni loqosu “Milli Kart” prosesinq mərkəzinin loqosunun eynisi olduğu iddia edilib.

Gülşən RAUFQIZI