Modern.az

İlham Əliyev Həsən Ruhani ilə görüşdü

İlham Əliyev Həsən Ruhani ilə görüşdü

Təhsil

29 Sentyabr 2014, 15:58


Sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü olub.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı