Modern.az

Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukrayna ordusuna 1 milyonluq yardım etdi

Azərbaycanın Dubaydakı keçmiş konsulu Ukrayna ordusuna 1 milyonluq yardım etdi

Təhsil

29 Sentyabr 2014, 16:08

Azərbaycanın Dubaydakı keçmiş konsulunun rəhbərlik etdiyi təşkilat Ukraynadakı Qafqaz xalqlarının nümayəndəlikləri yeni müraciət yayıb. Bu barədə Azərbaycanın Dubaydakı keçmiş konsulu, Ukrayna Xarici İşlər Nazirliyinin əməkdaşı, Ukrayna Qafqaz Xalqları Konqresinin (UQXK) sədri Paşa Məmmədov özü bildirib.

Müraciətdə 50-ə qədər Qafqaz xalqları təşkilatının təmsil olunduğu UQXK-nın Ukraynada cəbhə bölgəsində 3 batalyona indiyə qədər mütəmadi 1 milyon dollara yaxın miqdarda humanitar yardım göstərdiyi də açıqlanıb. Yardım hərbi amunasiya, zirehli gödəkçələr, preparatlar və digər humanitar məqsədli ləvazimatlardan ibarətdir. Müraciətdə o da vurğulanıb ki, UQXK bütün təşkilatları münaqişədən əziyyət çəkən insanlara yardım üçün bu cür aksiyaya qoşulmağa çağırır.
Eyni zamanda müraciətdə Ukrayna rəhbərliyi, Qafqaz xalqlarının daha çox yaşadığı Rusiya sülh danışıqları ilə münaqişəni dayandırmağa dəvət edilib. Bildirilib ki, Ukraynada yaşayan qafqazlılar bundan çox narahatdır.

Hərbi birləşmələr bununla bağlı UQXK-ə təşəkkür məktubları göndərib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı