Modern.az

Sabahkı məhkəmədə İlham Mirzəyev azadlığa çıxa biləcəkmi?

Sabahkı məhkəmədə İlham Mirzəyev azadlığa çıxa biləcəkmi?

Təhsil

29 Sentyabr 2014, 16:11

“Məhkəmə proseslərə hələ davam edəcək. Mən deyə bilmərəm ki, hər şey yekunlaşıb və İlham Mirzəyev azadlığa çıxacaq”. Bunu Modern.az-a açıqlamasında teleaparıcının vəkili Xanlar Bayramzadə bildirib.

“Ümid edirk ki, sabahkı məhkəmədə prosesində gedişat İlham Mirzəyevin xeyrinə olacaq. Çünki, ona qarşı narazılıq, şikayət yoxdur”.

Vəkil “İlham Mirzəyevin azadlığa çıxacağına ümid etmək olarmı” sualına cavab olaraq bildirib ki, “bu hakimin qərarından asılı olacaq. İndidən nəsə demək tezdir. Bir az gözləmək lazımdır”.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı