
Sentybarın 29-da Vaslav Havel Sülh Mükafatının builki qalibi hazırda həbsdə olan azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədli elan edilib.
Modern.az saytı "Azadlıq" radiosuna istinadən xəbər verir ki, qərar sentyabrın 29-da Strasburqda AŞPA-nın payız sessiyasında elan olunub.
Oktyabrın 1-də isə Praqada “İnsan Haqları 25 İldən Sonra” adı altında beynəlxalq konfrans başlanır. Konfrans Havel mükafatının qalibinin şərəfinə keçiriləcək.
2014-cü il Havel Sülh Mükafatına 3 namizəd var idi - Azərbaycandan Seçki Monitorinqi Mərkəzinin rəhbəri, hazırda həbsdə olan Anar Məmmədli, İsraildən İnsan Haqları İnformasiya Mərkəzi və Maltadan Yezuit Qaçqın Xidməti.
Builki mükafata namizədlərin ümumi sayı isə 56 idi. Sonradan siyahıda cəmi 3 namiəzd saxlandı.
Havel Sülh Mükafatı 60 min avrodur.
Onu AŞPA, Praqa Havel Kitabxanası və Charta 77 Fondu birlikdə təsis edib
Anar Məmmədli vəzifədən sui-istifadə və başqa ittihamlarla 2013-cü ilin dekabrında 5,5 il həbsə məhkum olunub.
Modern.az