Modern.az

Rəsul Quliyev Arif Hacılını savadsız adlandırdı: “Qurultay qərarı ləğv edilməlidir”

Rəsul Quliyev Arif Hacılını savadsız adlandırdı: “Qurultay qərarı ləğv edilməlidir”

Təhsil

29 Sentyabr 2014, 21:36


Azərbaycan parlamentinin eks-spikeri, ABŞ-da mühacirətdə yaşayan və Azərbaycan müxalifətini tənqid hədəfi seçən Rəsul Quliyev Müsavat Partiyasının ünvanına ittihamlar səsləndirib.

Modern.az saytının məlumatına görə Rəsul Quliyev özünün facebook səhifəsində Müsavat Partiyasının qurultayından sonrakı prosesləri şərh edib. Onun yazdıqlarını təqdim edirik:

““Bu toplantı 2013 prezident seçkisindən dərhal sonra partiyaların liderləri bütövlüklə istefa verib getməlidirlər və onların yerinə beyinləri korlanmamış gənclərin gəlməsinə imkan yaratmalıdırlar”  tezisimin düzgün olduğunu bütün çılpaqlılığı ilə göstərdi.Təəssüflə qeyd etmək lazımdır ki, qurultay üzvlərinin içərisində gənclərə rast gəlmək mümkün deyildir. Təəssüflə qeyd etmək lazımdır ki, özünü aparıcı hesab edən Müsavat Partiyasının başqanlığına hökumətin istənilən nazirinin müavinindən intlektual, dünya görüşü, peşəkarlığına görə qat qat aşağıda duran az savadlı , talantsız bir adam gətirilib.  

90 yaşlı, həyatda heç vaxt heç bir uğuru olmamış ağsaqqal Cəmil Unalı özlərinə idol seçmiş partiya öz gücü ilə hansı mübarizəni uda bilər, heç bir .Cəmil müəllim ağsaqqal bir insandır, onu yuxarı başda oturtmaq normaldır və belədə olmalıdır. Ancaq onu idol kimi təqdim edən insanların həyatda öz plan və proqramları ola bilməz.  

Əgər Müsavat Partiyası sözün əsl mənasında ölkədə demokratiya uğrunda mübarizə aparmaq istəyirsə qurultayının qərarlarını ləğv etməlidir, gənclərin ,yəni 40 yaşa qədər , sayının ən azı 50 faiz təşkil etdiyi qurultay nümayəndələri seçməlidir.   Qurultay nümayəndələrinin sayı 100 adamdan artıq olmamalıdır və bu qurum özünə yüksək intlektual, xarizmatik və talantlılardan idarə heyyəti yaratmalıdır. Ancaq belə olsa bu partiyanın gələcəyi ola bilər. Əks halda daha bir 10 ildən sonra partiya bütövlüklə Unal müəllim kimi ağsaqqallardan ibarət olacaq”

Xatırladaq ki, Müsavatın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı rəqiblərinə qalib gələrək partiyanın başqanı seçilib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı