Modern.az

KXCP bələdiyyə seçkiləri ilə bağlı müraciət yayıb

 KXCP bələdiyyə seçkiləri ilə bağlı müraciət yayıb

Təhsil

30 Sentyabr 2014, 11:40


Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisi bələdiyyə seçkiləri ilə bağlı müraciət yayıb. Modern.az saytı xəbər verir ki, müraciətdə bələdiyyələr yarandığı gündən icra hakimiyyətinin əlavəsinə çevrilmiş qurum adlandırılıb.
Qeyd edilib ki, zəruri qanunvericilik bazasının olmaması, mövcud qanunların icra edilməməsi və seçkilərin saxtalaşdırılması nəticəsində formalaşlan bələdiyyələr yerlərdə real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilib.

 KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması və fəaliyyət göstərməsi, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün aşağıdakı təklifləri irəli sürüb:

-Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyyələrinə uyğun dəyişiklik aparılması, seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, seçkiqabağı demokratik mühitin yaradılması, seçki günü saxtakarlıqların qarşısının alınması, seçki şikayətlərinin obyektiv araşdırılmasının təmin edilməsi və icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz müdaxilələrinin qarşısının alınması üçün zəruri tədbirlər görməyi hakimiyyətdən tələb edir.

- Siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini 2014-cü il bələdiyyə seçkilərində fəal iştiraka, seçkilərin bütün mərhələlərində yüksək fəallıq göstərməyə, seçki saxtakarlıqlarının qarşısını almaq üçün fədakarlıq göstərməyə, bələdiyyələrin real yerli hakimiyyətə çevrilməsi üçün ardıcıl mübarizə aparmağa çağırır.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı