Modern.az

Hava şəraiti kəskin dəyişib, rayonlara intensiv yağışlar yağıb

Hava şəraiti kəskin dəyişib, rayonlara intensiv yağışlar yağıb

Təhsil

30 Sentyabr 2014, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Ən çox düşən yağıntının miqdarı aşağıdakı kimi olub:

Daşdatük məntəqəsində (Lənkəran) 88, Lənkəranda 52 (aylıq normanın 31 faizi), Astarada 51 (aylıq normanın 26 faizi), Lerikdə 19, Yardımlıda 18, Rvarudda (Lerik) 17 mm.

Digər rayonlarda: Lənkəran-Astara zonasında: 1-5, Böyük Qafqazda: 1-10, Kiçik Qafqazda: 1-8, Mərkəzi Aran rayonlarında: 1-11, Qazax-Gəncə zonasında: 1-4, Naxçıvan MR-da:  3, Bakıda və Abşeron yarımadasında: 0.4-0.6 mm. Külək: Şimal-qərb küləyi bəzi rayonlarda güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.

Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı