Bu gün İranda qətldə təqsirli bilinən 26 yaşlı Reyhanə Cabbari barəsində çıxarılan ölüm hökmü yerinə yetiriləcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, iranlı xanımın öldürdüyü şəxs İran Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşı olub. Qızın iddia etdiyinə görə, həmin şəxs onu sekslə məşğul olmağa təhrik edib. Onun anası bu gün Facebook vasitəsilə hakimiyyətdən həbsxanaya gələrək qızının meyitini götürməklə bağlı çağırış alıb.
Modern.az