Modern.az

Qüdrət Həsənquliyev: “Azərbaycana qarşı yeni hiylə işə salınır”

Qüdrət Həsənquliyev: “Azərbaycana qarşı yeni hiylə işə salınır”

Təhsil

30 Sentyabr 2014, 13:04

“5-6 nəfərə görə beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək yersizdir”

Bahar Muradova: “Azərbaycana qarşı qərəzli qətnamələrə sərt şəkildə etiraz edilməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev beynəlxalq təşkilatlarla qarşıdurmanın əleyhinə çıxıb. Modern.az xəbər verir ki, həmkarlarının fikirlərinə şərik olan deputatın sözlərinə görə, Azərbaycana qarşı yeni hiylə işə salınır. “Dünyadakı beynəlxalq ictimai rəyi böyük güclərin, dövlətlərin təkidi ilə beynəlxalq təşkilatlar qərarlar qəbul edir. Lakin biz beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməli deyilik. Həbsdə olan və siyasi məhbus kimi təqdim edilən insanlar barəsində məhkəmənin çıxardığı həbsqətimkan tədbirləri dəyişdirilməlidir. 5-6 nəfərə görə beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək yersizdir ”.

Vitse-spiker Bahar Muradova isə Qüdrət Həsənquliyevin təklifinə cavabında deyib ki, söhbət heç də 5-6 nəfərin həbsindən getmir: “Beynəlxalq dairələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini bəyənmir. Azərbaycanda fəaliyyət göstərən QHT-lər şəffaf olmalı və hesabat verməlidir”. 

Bahar Muradovanın fikrincə, Azərbaycana qarşı qərəzli qətnamələrə sərt şəkildə etiraz edilməlidir.

 Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı