Modern.az

Elçibəyin oğlu Fövqəladə Hallar Nazirliyində kurs keçir

Elçibəyin oğlu Fövqəladə Hallar Nazirliyində kurs keçir

Təhsil

30 Sentyabr 2014, 13:11

“Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində kurs keçir”. "Bunu AzNews.az-a Elçibəyin qayını Mirmöhsün Mahmudov bildirib.

Onun sözlərinə görə, Ə.Əliyev dövlət idarəsində çalışacaq: “Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyinə düzəlsə də, hələ işə başlamayıb. O, hələlik həmin qurumda kurs keçir. Kurs bitəndən sonra rəsmən işə başlayacaq. Amma hələ ki, hansı işə, vəzifəyə düzələcəyi məlum deyil”.

Xatırladaq ki, bir müddət əvvəl Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılsa da, özü məlumatı təkzib etmişdi. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı