Modern.az

İqbal Ağazadə beynəlxalq təşkilatlara qarşı bəyanatların əleyhinə çıxdı

İqbal Ağazadə beynəlxalq təşkilatlara qarşı bəyanatların əleyhinə çıxdı

Təhsil

30 Sentyabr 2014, 13:14


“Rusiyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verməsini niyə unudursunuz? Belədirsə, niyə görə Azərbaycan Rusiya qarşısında qorxaq mövqedən çıxış edir? Ola bilsin ki, Rusiyanın Azərbaycan torpaqlarını da işğal etməsindən qorxursunuz. Bu manevr deyil”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.

O bildirib ki, Azərbaycanda kimsə milli maraqlara zərbə vuracaq fəaliyətlə məşğul ola bilər. Lakin deputat bu qənaətdədir ki, Azərbaycan beynəlxalq təşkilatların qərəzli mövqeyini nəzərə alaraq daxildə problemləri həll etməlidir: “Azərbaycan hakimiyyəti buna görə təqsiri olan insanları belə həbsdən azad etməlidir. Kütləvi barış amnistiyası olmalıdır. Azərbaycan hökuməti bütün bunları nəzərə alıb, sülhpərvər addımlar atmalıdır. Buna görə də beynəlxalq təşkilatlara qarşı bəyanat vermək lazım deyil. Əksinə onlarla əlaqələrə ciddi şəkildə yanaşmaq lazımdır ”.

İqbal Ağazadə bələdiyyələrin statusu ilə bağlı məsələlərə də toxunub. Onun sözlərinə görə, bələdiyyələrin səlahiyətləri artırılmalıdır.

Aqşin KƏRİMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı