
Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli bir sıra qanun layihəsinin qəbul edilməsinin və ya dəyişikliklərin vacibliyindən danışıb. Modern.az saytının məlumatına görə, deputat Rəqabət Məcəlləsinin qəbul edilməsinin əhəmiyyətindən, “Reklam haqqında” və “Təhsil haqqında” qanunlardan danışıb.
Onun fikrincə, Milli Məclis “Təhsil haqqında” qanuna təhsil haqları ilə bağlı dəyişiklik etməlidir. “Reklam haqqında” qanunda da ana dilinin istifadəsi ilə əlaqədar dəyişikliklərin vacibliyindən söz açan Əli Məsimli diqqəti Bakıdakı reklam lövhələrinə yönəldib: “Reklamlar xarici dillərdədir. Ana dilimizə hörmət olunmur”.
Aqşin KƏRİMOV