Modern.az

İlham Mirzəyevin məhkəməsində şikayətçilər də iştirak edib

İlham Mirzəyevin məhkəməsində şikayətçilər də iştirak edib

Təhsil

30 Sentyabr 2014, 15:20



“İlham Mirzəyevin bu gün keçirilən məhkəmə prosesində şikayətçi tərəf də iştirak edib”. Bunu Modern.az-a teleaparıcının vəkili Xanlar Bayramzadə bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə prosesi qapalı keçirilib: “Proses sabah davam etdiriləcək”.

Aparıcının səhhətinə gəldikdə, vəkil onun özünü yaxşı hiss etdiyini söyləyib.

Qeyd edək ki, “Space” telekanalının tanınmış aparıcısı aprelin 10-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanıb. 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...