Modern.az

Əli Əhmədovla Rəsul Quliyev AMİP üzvü olub? - AMİP-in keçmiş baş katibindən AÇIQLAMA

Əli Əhmədovla Rəsul Quliyev AMİP üzvü olub? - AMİP-in keçmiş baş katibindən AÇIQLAMA

Təhsil

30 Sentyabr 2014, 16:08


Modern.az
saytının “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adlı rubrikasının ilk araşdırma yazısı siyasi prosesləri izləyən oxucular tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu gün dərc etdiyimiz AMİP-ə gəlib-getmiş tanınmışlar – onlar Etibar Məmmədovu niyə tərk etdilər?”  başlıqlı araşdırmada müstəqil Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi təşkilatın - Milli İstiqlal Partiyasının üzvləri olmuş tanınmış simalardan söz açılıb.

AMİP-in yaradılması ilə müasir Azərbaycan tarixində çoxpartiyalı sistemin əsası qoyulub. 1992 il iyulun 3-4-də təsis edilən AMİP həmin il iyulun 17-də Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçən partiyadır. AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır.

Vaxtilə Etibar Məmmədov AMİP-ə sədrlik edəndə adı çəkilən siyasi təşkilatın onlarla məşhur üzvləri olub ki, onlar 1993-cü ildə Heydər Əliyev iqtidara gələndən sonra bu siyasi qurumu tədricən tərk ediblər. Bəziləri sonralar hakim Yeni Azərbaycan Partiyasına keçməklə iqtidarda vəzifəyə təyinat aldılar. Onlardan bu gün də yüksək postlar tutanlar var.

Modern.az-ın AMİP-lə bağlı bu araşdırmasından sonra saytımıza müraciət edən xeyli oxucu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun və Milli Məclisin eks-spikeri Rəsul Quliyevin də vaxtilə AMİP üzvü olduğunu bildirərərk, onların da adlarını yazıya əlavə etməyi istəyiblər.

Əməkdaşımız bu məlumatı dəqiqləşdirmək üçün AMİP-in sabiq baş katibi Elşad Musayevlə əlaqə saxlayıb. Köhnə AMİP-çilərdən olmuş Elşad Musayev Əli Əhmədov və Rəsul Quliyevlə bağlı məlumatları təkzib edib:

“Onların heç biri AMİP-in üzvü olmayıb. Bəzən kiminsə kimdənsə xoşu gəlmirsə, deyir filankəs filan partiyanın üzvü olub. Əli Əhmədov və Rəsul Quliyev heç vaxt AMİP üzvü olmayıblar”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı