Modern.az

Anarın müşaviri Yazıçılar Birliyinin üzvünə məhkəmədə qalib gəldi

Anarın müşaviri Yazıçılar Birliyinin üzvünə məhkəmədə qalib gəldi

Eğitim

30 Sentyabr 2014, 16:24

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanovla qurumun üzvü Ramiq Muxtar arasında davam edən məhkəmə prosesi sona çatıb. 3 aydan çoxdur ki, davam edən məhkəmə zərərçəkən Rauf Aslanovun lehinə qərar çıxarıb.

Qeyd edək ki, AYB üzvü Ramiq Muxtar sədrin müşaviri Rauf Aslanova qarşı mətbuatda şər və böhtan dolu çıxışlardan sonra məhkəməyə verilib.

Rauf Aslanov Modern.az  saytına verdiyi açıqlamasında lazım gələrsə yenidən məhkəməyə müraciət edəcəyini bildirib:
“Üç aydan çoxdur ki, davam edən məhkəmə prosesi Azərbaycan Yazıçılar Birliyinin xeyrinə başa çatdı. Ramiq Muxtar üzr istəməli olacaq. Mən şəxsiyyətimə atılan şər və böhtana görə təminat istəmişdim, lakin məhkəmə bu tələbimi nəzərə almadı. Ola bilsin ki, Apelyasiya Məhkəməsinə müraciət edim. Bununla yanaşı Ramiq Muxtar barədə cinayət işi qaldırılması ilə bağlı məhkəməyə müraciət etmişəm. Bu işin arxasınca sona qədər gedəcəyəm. Ramiq Muxtar cəzasını alacaq“.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı