Modern.az

Deputat qan xəstəliyindən əziyyət çəkənlərin yanına getdi - FOTOLAR

Deputat qan xəstəliyindən əziyyət çəkənlərin yanına getdi - FOTOLAR

Təhsil

30 Sentyabr 2014, 17:04

Ölkəmizdə qan xəstəliklərinin qarşısının alınması və müalicəsi istiqamətində ardıcıl və sistemli iş aparılır. Daha geniş yayılmış talassemiya və hemofiliya xəstəliklərinin profilaktikası və bu onların cəmiyyətə reabilitasiyası bu baxımdan daha önəmlidir. Bu məqsədlə şəhərimizdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə tikilmiş, dünyada analoqu olmayan, ən müasir avadanlıqlarla təmin olunmuş Talassemiya mərkəzi xüsusi önəm daşıyır.

Bu günlərdə Mehriban Əliyeva həmin xəstəliklərin səbəbinin aradan qaldırılması məqsədilə qanun yaradıcılığı təşəbbüsü ilə Ailə Məcəlləsinə xüsusi dəyişiklik təşəbbüsü ilə çıxış edib. Gələn ilin yanvarın birindən nikaha girən cütlük genetik və ötürücü xəstəlikləri ilə bağlı məlumat alaraq məcburi qaydada VVAQ şöbələrinə tibbi arayış təqdim edəcəklər.

Məsələlərin səmərəsi ilə yerində tanış olmaq üçün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli  Səhiyyə Nazirliyi Talassemiya Mərkəzində olub.

Mərkəzlə tanışlıq zamanı ölkədə irsi qan xəstəliklərinin yayılma dinamikası, son 5 ildə irsi bu fəsadlarla doğulan uşaqların sayı   və xəstə uşaqların doğulmasının  qarşısının alınması yolları haqqında baş həkim Rauf Rzayev ətraflı məlumat verib.

Həkim və xəstələrlə müzakirələrdə məlum oluv ki, əvvəllər talassemiya xəstəliyi  yayılmış bir neçə ölkədə  2001-ci ildən bəri doğulan uşaqlarda bu xəstəlik az müşahidə olunub və ya heç olmayıb.  Məsələn, Şimali Kiprdə  talassemiya xəstəliyi ilə doğulan uşaq son illər qeydə alınmayıb. Habelə Türkiyədə bu tendensiya azalmaqdadır. Buna  Tibbi Genetik Laboratoriyada vətəndaşların  müayinələrinin   (Skrininq)  və  əhali arasında maarifləndirmə işlərinin aparılmasının gücləndirilməsi vasitəsi ilə müvəffəq olunub.

Görüşdə iştirak edən Hemofiliya xəstələrinin respublika assosiasiyasının sədri Gülnarə Hüseynova bu sahədə beynəlxalq qanun yaradıcılığı təcrübəsinə də geniş yer verib.

Görüşdə millət vəkili Hadı Rəcəbli Talassemiya Mərkəzinin Qan köçürmə zalı, sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı, talassemiyalı uşaqların müalicə aldığı palataları və laboratoriyasında xəstələr və tibbi heyətlə görüşüb.

Sonda bir neçə valideynləri dinləyib və sosial problemlərinin həlli üçün tövsiyələr verib.











Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı