
ABŞ hökuməti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə işçi vizası verməkdən imtina edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 20-də eks-prezident turist vizasını dəyişdirmək istəyib, ancaq amerikalı diplomatlar buna razılıq verməyiblər. Bu isə o deməkdir ki, Gürcüstanın keçmiş lideri həmin viza verilməyənə qədər ABŞ-dan siyasi sığınacaq ala bilməyəcək. Gürcüstanda nəşr olunan “Alia” qəzetinin yaydığı məlumatda isə qeyd edilir ki, ölkədə Saakaşvilinin ABŞ-da siyasi sığınacaq almaq istədiyi gizli saxlanılmır.