Modern.az

İŞİD liderinin Mosula qaçdığı iddia edildi

İŞİD liderinin Mosula qaçdığı iddia edildi

Təhsil

30 Sentyabr 2014, 21:56

Kürdüstan Demokrat Partiyası(KDR) İraq Şam İslam Dövlətinin (İŞİD Lilderi Abu Bakir al-Bağdadinin Suriyadakı hava hücumlarından qorxub Mosula qaçdığını bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kürdüstan bölgə rəhbəri Məsud Bərzaninin başçılıq etdiyi KDP İŞİD lideri Bağdadınin Suriyanın Rakka şəhərində davam etməkdə olan atışmadan qaçmaq üçün İraqın ən böyük şəhərlərindən biri olan Mosula gəldiyini bildirib.

Xəbər KDP-nin internet saytında açıqlanıb və “İraqinews.com”da dərc edilib. Beynəlxalq güç birliklərinin başlatdığı Suriyadakı hücumlardan sonra Bağdadinin Suriya ilə İraq arasında bir yerə getməkdən çəkindiyini və bir neçə həftə əvvəl hava hücumlarında Bağdadinin Anbara edəcəyi səfər zamanı hədəfə çevriləcəyi də iddia edilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı