Modern.az

Zakir Qaralov: "Goranboydakı kütləvi qətllə bağlı istintaq qrupu yaradılıb"

Zakir Qaralov: "Goranboydakı kütləvi qətllə bağlı istintaq qrupu yaradılıb"

Təhsil

1 Oktyabr 2014, 11:15



Goranboyda törədilən kütləvi qətllə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə qrupu hadisə yerinə göndərilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror ümid edir ki, hadisəsnin tam obyektiv istinqatı təmin olunacaq: "Belə bir hadisənin baş verməsinə çox təəssüf edirik. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törədən şəxs tutulub".

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboyda evə silahlı hücum nəticəsində 7 nəfər öldürülüb, iki nəfər isə ağır yaralanıb. Qətli törətməkdə şübhəli bilinən kürəkən saxlanılıb. O, 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı