Perudakı maraqlı ənənə görənləri heyrətə gətirir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlarının sağlam olmalarını istəyən ailələr onlar üçün qoyun və ev heyvanları öldürürlər. Və öldürülən heyvanların qanları ilə uşaqlarını çimizdirirlər.
Digər məlumata görə, Perudakı qorxunc ənənələrdən biri ölülərin məzardan çıxarılıb paltar geyindirilməsidir. Bölgədə yaşayanlar hər üç ildən bir ölülərinə olan hörmətlərini göstərmək və onları şərəfləndirmək üçün məzarları açırlar. Açılan məzarlardan çıxarılan ölülərin geydikləri geyimlər təmizlənir, lazım olsa yeniləri geydirilir.Ailə üzvləri ölmüş qohumlarının məzarlarını tək-tək açıb, cəsədləri çölə çıxarırlar. Sonra ölülərini yeni geyimləri ilə birlikdə qəsəbənin ətrafına aparırlar. Yerli xalq əsrlər keçsə belə, ailə üzvlərinin hələ də özləri ilə birlikdə olduğuna inanır. Ölümlərindən sonra yaxşı qorunan cəsədlər məzarlarından çıxarılıb, geyimlər dəyişdirildikdən sonra qəsəbədə gəzdirilir və sonra təkrar məzarlarına qaytarılırlar.






