Modern.az

DİN: “Goranboyda bir evdə 7 nəfəri öldürən kürəkən könüllü təslim olub”

DİN: “Goranboyda bir evdə 7 nəfəri öldürən kürəkən könüllü təslim olub”

Təhsil

1 Oktyabr 2014, 11:48


Daxili İşlər Nazirliyi Goranboy rayonunda törədilmiş kütləvi qətllə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlmiş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

***

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları açıqlanıb. Goranboy rayon prokurorluğunun böyük müstəntiqi Firdovsi Vəliyevin Kəpəz TV-yə verdiyi məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun ikinci həyat yoldaşı Südabə Məmmədovanın toy mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və iki ayın gəlini olan Südabə Məmmədova atası evinə gəlib.

Arvadını evinə qaytarmaq məqsədi ilə gecə qayınanasıgilə gələn Rafiqə "yox" cavabı verilib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən geri qayıdıb.

R.Hüseynov ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovlara ov tufəngi ilə atəş açıb. Daha sonra səsə gələnlərin üzərinə F1 əl qumbarası ataraq 8-9 dəfə atəş açıb.

Nəticədə bir evdə 7 nəfər qətlə yetirilib, 2 nəfər isə yaralanıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı