Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə və Kommutator xidmətinə sentyabr ayında daxil olan zənglərin statistika açıqlanıb.
Modern.az xəbər verir ki, Telefon Məlumat Mərkəzinə 8010 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa xidmət göstərilib.
1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Rüfanə GÜNƏŞ