Modern.az

Müxalifətin mitinq meydanı BAĞLANDI

Müxalifətin mitinq meydanı BAĞLANDI

Təhsil

1 Oktyabr 2014, 12:46


Xəbər verildiyi kimi, AXCP və bəzi qurumların daxil olduğu Milli Şura oktyabrın 12-nə Bakıda mitinq təyin edib. Qurum mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məktubu ünvanlamağa hazırlaşır.
Qeyd edək ki, əvvəllər belə mitinqlər üçün meriya müxalifətə Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsindəki Sürcülük məktəbinin həyətindəki stadionu təklif edirdi.
Amma bu arada Modern.az saytına məlum olub ki, Bibiheybət qəsəbəsindəki Sürücülük məktəbinin həyətindəki həmin stadion təmirə bağlanıb.
Əməkdaşımız müşahidə edib ki, dəmir hasarla dövrəyə alınan stadionda hazırda təmir başlayıb. Yəni artıq o meydana insanların toplaşması mümkün olmayacaq.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı