Modern.az

AMİP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

AMİP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

Təhsil

1 Oktyabr 2014, 15:07

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində partiya üzvlərinin iştirakı ilə bağlı müzakirələr aparılıb. Partiyadan Modern.az-a bildirilib ki, müzakirələr zamanı yerli qanunvericilik orqanları ilə əlaqədar mövcud qanunların icra edilməməsi səbəbindən  bələdiyyələrin icra strukturlarının əlavəsinə və real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilməsi xüsusi olaraq vurğulanıb.

İclas iştirakçıları bələdiyyələrin  statusunun artırılması və onların yerlərdə real yerli hakimiyyətə çevrilməsi üçün siyasi partiyalar, vətəndaş cəmiyyətləri və cəmiyyətin digər təbəqələri  ilə müzakirələrin keçirilməsi və seçkiqabağı demokratik mühitin formalaşması istiqamətində birlikdə mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıblar. Qeyd edilənlərlə yanaşı, Siyasi Şura üzvləri tərəfindən yekdilliklə bələdiyyə seçkilərində iştirakın vacibliyi vurğulanıb.

İclasda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar AMİP Siyasi Şura, Mərkəzi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı