Modern.az

“Narkotikaya aludəçilik yeniyetməni oğruya çevirir, cinayətə sövq edir” - FOTO

“Narkotikaya aludəçilik yeniyetməni oğruya çevirir, cinayətə sövq edir” - FOTO

Təhsil

1 Oktyabr 2014, 15:14

“Dövrün bəlasına çevrilmiş narkomaniya artıq cəmiyyəti təhdid edir”

5 saylı Bakı Peşə Liseyində “Narkomaniyaya ilə mübarizə və sağlam həyat tərzi” adlı tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə iştirak edən Liseyin direktoru Fikrət Nəbiyev  narkomaniyanın məktəbyaşlı gənclər arasından yayılmasının narahatlıq doğurduğunu bildirib: “Cəmiyyəti dəhşətli fəlakətə aparan narkomaniyanın gənclər arasında dəbə düşməsi qorxulu tendensiyadır və  cəmiyyətdə  hər kəs bu bəlaya qarşı mübarizədə üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir”. Onun sözlərinə görə, narkomaniyanın yayılmasının qarşısını almaq üçün məktəblə valideynlərin və hüquq mühafizə orqanlarının və bütövlükdə  cəmiyyətin birgə əməkdaşlığına ehtiyac var. Liseyin müəlim-şagird kollektivi qarşısında çıxış edən “Polisə Dəstək” İctimai Birliyinin sədri, sabiq polis polkovniki Şəmsəddin Əliyev narkomaniyanın yaranma tarixi haqqında məlumat verib. QHT sədri deyib ki, dünyada narkomaniya o həddə qədər təhlükəli hal alıb ki, artıq beynəlxalq təşkilatlar da həyəcan təbili çalır: “Dövlətlər bir araya gəlib terrorizmlə necə mübarizə aparırlarsa, narkomaniya ilə də eləcə mübarizə aparmaq lazımdır”. Azərbaycan dövlətinin narkomaniyanın yayılmasına qarşı effektiv mübarizə apardığını deyən Ş.Əliyevin sözlərinə görə, inzibati yollarla yanaşı, maarifləndirimə işlərinə də önəm verilməlidir.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçuyeva deyib ki,  narkomaniya elə bir bəladır ki, heç kim ona yoluxmaqdan sığortalanmayıb. L.Yolçuyeva deyib ki, ilk dəfə təbabətdə istifadə olunan narkotik vasitələri sonradan işbazlar gəlir mənbəyinə çeviriblər. Ekspert deyib ki, narkotikaya alidəçilik yeniyetməni oğruya çevirir, cinayətə sövq edir. Valideynləri xüsusən yeniyetmə yaşlarında olan övladlarının tərbiyəsinə diqqət yetirməyə çağıran L.Yolçuyeva deyib ki, nəzarətsiz qalan uşaq narkomaniyanın toruna daha tez düşə bilər.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı