Modern.az

Prezident övladları - onlar kimdir, nə işlə məşğul olurlar? - III YAZI

Prezident övladları - onlar kimdir, nə işlə məşğul olurlar? - III YAZI

Təhsil

1 Oktyabr 2014, 15:45

Dövlət başçısı olmaq böyük məsuliyyətdir. Ölkəni idarə etmək, taleyüklü məsələlərin həlli  üçün qərarlar vermək, xaricidə və beynəlxalq konfranslarda saatlarla gərgin danışıqlar aparmaq və s. Lakin bütün vəzifə və peşə sahibləri kimi, prezidentlər də ən böyük çətinliyi layiqli övlad yetişdirməkdə görürlər. Çünki övladlarının istənilən məsuliyyətsiz və şıltaq hərəkəti prezident kimi dövlət əhəmiyyətli fiqurun reputasiyasına sağalmaz zərbə vura, yaxud iş karyerasında qazandığı uğurla ona başucalığı gətirə bilər. 

Modern.az saytı ataları ölkə başçısı olan prezident övladlarının bugünkü məşğuliyyətləri barədə yazının növbəti hissəsini təqdim edir.

Heç vaxt rəsmi evliliyi olmayan Fransa prezidenti



2012-ci ildə Fransa prezidenti seçilən Fransua Olland heç zaman rəsmi evli olmasa da, 3 qadınla vətəndaş nikahında yaşayıb. İlk sevgilisi siyasətçi Seqolen Roayalla 34 il,  jurnalist Valeri Trierveylerlə isə 7 il yaşayan prezident, 2014-cü ilin yanvarından aktrisa Jüli Qaye ilə görüşür. Fransua Ollandın Seqolen Roayalla vətəndaş nikahından 4 övladı – Tomas (1984), Klemens (1986), Jülyen (1987) və Flora (1992) dünyaya gəlib. Ailənin böyük oğlu olan 30 yaşlı Tomas vəkil kimi Paris kontorlarının birində çalışır. 28 yaşlı Klemens isə həkim ixtisasını seçib. Jülyen rejissorluğu, ailənin ən kiçik üzvü Flora isə böyük qardaşı Tomas kimi Sarbonna Universitetində hüquqşünas təhsili alır.

Övladını itirən britaniyalı baş nazir


Devid Kemeron 2010-cu ilin may ayında Böyük Britaniyanın baş naziri seçilib. 48 yaşlı baş nazir 1996-cı ildən bəri Samanta Şeffildlə evlidir. 2002-ci il aprelin 8-də dünyaya gələn ilk övladları Evan Fitjerald uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkib və 2009-cu ildə 7 yaşındaykən vəfat edib. Bundan başqa, Kemeronların Nensi Qven (2004), Florans Endellion (2010) adlı qızları və Artur Elven (2006) adlı oğulları var. Britaniya baş nazirinin uşaqları hələ ki London məktəblərindən birinin şagirdləridir.

İki qız atası olan ABŞ prezidenti



Artıq ikinci müddətdir ABŞ prezidenti olan Brak Obama 2 qız atasıdır. 1992-ci ildə Mişel Obama ilə ailə həyatı quran siyasətçi Maliya Obama (1998) və Saşa Obama (2001) adlı iki qız övladına sahibidr. Hər iki prezident qızı Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar. Asudə vaxtlarında isə gimnastika, piano və tennis dərsləri alırlar. Dövlət başçısı seçilməzdən öncə senator Barak Obama ailəsi ilə Çikaqo şəhərində yaşayırdı. Burada onun qızları Çikaqo Universiteti yanında yaradılan elit orta məktəbdə təhsil alırdılar.

Argentina prezidenti nəvəsinə mərhum ərinin adını qoyub



Argentinanın xanım prezidenti Kristina de Kirşner Maksimo (1977) və Florensiya (1990) adlı iki övlada sahibdir. 1975-ci ildə prezident kürsüsündəki sələfi Nestor de Kirşnerlə ailə həyatı quran qadın siyasətçi 2010-cu ildə dul qalıb. Onun həyat yoldaşı 2010-cu ildə ağır xəstəlikdən vəfat edib. 37 yaşlı Maksimo de Kirşner siyasi məsələlər üzrə anasının məsləhətçisidir. 2013-cü ildə Maksimo və xanımı Rosio Qarsiyanın ailəsində oğlu övlad dünyaya gəlib. Kristina de Kirşner ilk nəvəsini mərhum həyat yoldaşının şərəfinə Nestor de Kirşner adı verib.
Prezidentin qızı Florensiya isə Buyones-Ayres Universitetində filoloq təhsili alır.

Braziliya prezidenti iki dəfə boşanıb



Braziliya prezidenti Dilma Rusef  2 uğursuz evlilik yaşayıb. Sonuncu nikahdan onun Jizel Rusef adlı qız öbladı dünyaya gəlib. Jizel Rusef San-Pauloda təhsil alıb və hazırda Beynəlxalq Səhiyyə Təşkilatının Latın Amerikası departamentinə rəhbərlik edir. 2013-cü ildə Antuan de Silva adlı oğlu övladı dünyaya gətirən Jizel prezident olan anasını ilk dəfə nənə edib.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı