Modern.az

Keçmiş baş prokurora tort atdılar - FOTOLAR

Keçmiş baş prokurora tort atdılar - FOTOLAR

Təhsil

1 Oktyabr 2014, 16:39


Ukraynanın keçmiş baş prokuroru Oleq Maxnitski tort “atəşinə” tutulub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, “Ukrinform” agentliyində keçirdiyi mətbuat konfransında baş verib. Tədbir zamanı zala bir neçə naməlum şəxs daxil olaraq Maxnitskiyə tort atıb aradan çıxmaq istəyiblər. Ancaq zaldakılar onları saxlaya biliblər. Hadisə yerinə milis çağırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.

Oleq Maxnitski Kiyevdəki 2014-cü ilin əvvəllərində Avropa meydanındakı hadisələrdən sonra Ukraynanın baş prokuroru işləyib. O, bir neçə ay bu vəzifəni icra edib. İyun ayında istefaya göndərilib.

 


 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı