Modern.az

Bulvar idarəsi: “Pulsuz karusel aksiyası təşkil edəcəyik”

Bulvar idarəsi: “Pulsuz karusel aksiyası təşkil edəcəyik”

Təhsil

2 Oktyabr 2014, 11:21

“Qurban bayramı ilə əlaqdar Dənizkənarı Bulvar ərazisində konsert proqramı nəzərdə tutulmayıb. Amma bayram günlərində insanların çalışmadığını, ən çox istirahət etdiyi yerin bulvar ərazisi olduğunu nəzərə alaraq, Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq”.

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

İdarə rəsmisi pulsuz karusel aksiyasının bayram günlərində mümkün olmayacağını söyləyib: “Həmin günlərdə əhali çox sıx olacağından karusellərin ödənişsiz olması izdihama səbəb ola bilər. Biz fiziki olaraq bayram günlərində bunu təşkil etmək iqtidarında deyilik. Bulvar idarəsi olaraq pulsuz karusel aksiyasını bayramdan sonra yaxın günlərdə təşkil edəcəyik, günü və saatı barədə ictimaiyyəti məlumatlandıracağıq”.

Gülşən RAUFQIZI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı