
Gənclər və İdman Nazirliyi Qəbələdə keçirilən “Nifrət nitqinə yox” forumunda ermənilərin iştirak məsələsinə münasibət bildirib. Modern.az xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirb ki, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi üzərinə götürdükdə bəyan edib ki, belə beynəlxalq forumlarda heç bir ölkənin iştirakına milli, dini zəmində məhdudiyyət qoyula bilməz. Ermənistan nümayəndəsinin də tədbirə qatılması nəzərdə tutulur.
Ermənistan nümayəndələri Qəbələdə keçirilən beynəlxalq foruma hələki qatılmayıblar.
Məltəm Talıbzadə