Modern.az

Azərbaycanlı deputat: “Jirinovskini heç vaxt şəxsiyyət kimi qəbul etməmişəm”

Azərbaycanlı deputat: “Jirinovskini heç vaxt şəxsiyyət kimi qəbul etməmişəm”

Təhsil

2 Oktyabr 2014, 13:22


Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir neçə gün öncə Bakıya səfər etməsi birmənalı qarşılanmayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat baş nazirin keçmiş birinci müavini  Vahid Əhmədov Azərbaycan, eləcə də azərbaycanlılarla bağlı zaman-zaman hətta təhqiredici fikirlər söyləyən Jirinovskinin səfərinə etiraz edənlərdəndir.

Deputat Modern.az saytına açıqlamasında deyib ki, Jirinovski əslində Rusiya prezidenti Vladimir Putinin emissarı kimi gəlmişdi:  

“Jirinovskinin Putinin danışan dili olduğu heç kimə sirr deyil. Onun gözlənilmədən Bakıya gəlməsində yəqin ki, gizli müəmmalar da var. Bununla belə, onu da nəzərə almaq lazımdır ki, Jirinovski Rusiyada və bütün dünyada sözünü deyən adam kimi ad çıxarıb.

Amma bir şəxsiyyət kimi mən heç vaxt onu qəbul etməmişəm və indi də bu mövqeyimdə qalıram. Ola bilsin ki, dövlətçilik maraqları naminə dövlət başçısı və Milli Məclisin sədri onu qəbul edərək dinləyiblər. Buna baxmayaraq, Jirinovski barəmizdə nə qədər xoş sözlər desə də, yenə Azərbaycana ancaq Kremlin sözünü çatdıracaq, ona görə də ona etibar etməyə dəyməz”.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı