Sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin məşhur seyyid Mir Möhsün ağanın bacısı oğlu kimi göstərilib. Modern.az Elmlər Akademiyası və məlumatlı şəxslərdən bu istiqaməıtdə apardığı araşdırma əsnasında dəqiq qənaətə gələ bilib. Məlum olub ki, akademikin Mir Möhsün ağaya qohumluğu çatsa da, onun bacısı oğlu deyil.
Bakının məşhur Əlizadələr ailəsində anadan olan Akif Əlizadənin ata babası Ağa Axund Əlizadə iki dəfə Şeyxülislam seçilən yeganə din xadimi olub. Belə ki, o həm Cümhuriyyət, həm də Sosialist Azərbaycanı dövründə ölkənin ruhani başçısı olub. Şeyxülislam olmazdan əvvəl Bakı quberniyası Şiələr Məclisinin sədri olan alim barəsində çox maraqlı əhvalatlar xatırlanır.Akademikin atası Ağa Mehdi Əlizadə özünü hörmətli bir ziyalı kimi tanıda bilir. Ağa Mehdinin həyat yoldaşı, yəni akademik Akif Əlizadənin anası Əfşan xanım da onun kimi əsilli-nəcabətli bir xanım idi.
O, Mir Möhsün ağanın bacısı qızıdır. A. Əlizadə özü də hamının ruhuna indi də hörmət etdiyi Mir Möhsün ağanın bacısı nəvəsi olduğu üçün fəxr edib. Amma Əfşan xanım nə qədər mühafizəkar bir ailənin övladı olsa, Bakının ən ziyalı qadını kimi yetişə bilir.
Elmin Nuri